Əsas səhifə » Qəzzada 400 min insan didərgin düşüb - BMT

Qəzzada 400 min insan didərgin düşüb - BMT

BAKI, AzerVoice

Qəzzadan hava yolu ilə məcburi köç başlayıb.

AzerVoice xəbər verir ki, İsrailin atəşkəsi pozmasından sonra Qəzzada 400 minə yaxın insanın didərgin düşdüyü açıqlanıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrikin sözlərinə görə, bu rəqəm Qəzza əhalisinin təxminən 18 faizini təşkil edir.

Məlumata əsasən, İsrailin daxili işlər naziri Moşe Arbel fələstinlilərin deportasiyası üçün Ramon hava limanından uçuşların başladığını təsdiqləyib. Arbel, bu uçuşların “könüllü” olduğunu iddia etsə də, insan haqları təşkilatları bu açıqlamanın manipulyativ xarakter daşıdığını və deportasiya olunanların əksəriyyətinin ikili vətəndaşlığı olan şəxslər olduğunu bildirir.

ABŞ prezidenti Donald Tramp da bu planla bağlı daha əvvəl çıxış edərək, Qəzza zolağının Rivyera tipli turizm mərkəzinə çevrilməsini təklif etmişdi. Bildirilib ki, ümumilikdə 2 milyondan çox fələstinlinin qonşu ölkələrə deportasiyası nəzərdə tutulur.

Qeyd edək ki, İsrail hökumətindən bəzi mənbələr Qəzzada əhalinin 60 faizinin bölgəni tərk etməyə meylli olduğunu iddia etsələr də, İsrail ordusunun bəzi pilot və əsgərləri baş nazir Netanyahunun rəhbərlik etdiyi hücumları siyasi və şəxsi maraqlara xidmət edən addım kimi qiymətləndiriblər.

Digər Kateqoriyalar

2025 © Azervoice