Bakı,AzerVoice
Avropa İttifaqı (Aİ) İsrail Müdafiə Qüvvələrinin (IDF) BMT-nin Livandakı Sülhməramlı Qüvvələrinə (UNIFIL) hücumlarını pisyləyib.
AzerVoice xəbər verir ki, Aİ Livandakı sülhməramlılara hücumdan narahatdır.
“BMT sülhməramlılarına bu cür hücumlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və qətiyyən qəbuledilməzdir. Bu hücumlar dərhal dayandırılmalıdır. Bütün qurumlardan BMT personalının və əmlakının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görmək və BMT binalarının toxunulmazlığına hər zaman hörmət etmək tələb olunur",- deyə bəyanatda qeyd olunub.
Bəyanatda qeyd olunub ki, 16 Aİ üzv dövlətinin töhfə verdiyi UNIFIL qoşunları və digər şəxsi heyət beynəlxalq sülh və təhlükəsizliyi qorumaq üçün çətin şəraitdə çalışır. Aİ onların peşəkarlığını yüksək qiymətləndirir və UNIFIL-in roluna davamlı dəstəyini bir daha təsdiqləyir.
Qeyd edək ki, oktyabrın 11-də Livanın cənubunda UNIFIL sülhməramlı qüvvələrinin Naqoura bazasındakı müşahidə məntəqəsi İDF tərəfindən hücuma məruz qalıb. Hücum nəticəsində , iki nəfər yaralanıb.