Əsas səhifə » Kolumbiyada helikopter qəzası nəticəsində bütün ekipaj həlak olub

Kolumbiyada helikopter qəzası nəticəsində bütün ekipaj həlak olub

Bakı. AzerVoice

Kolumbiyanın şərqində "Huey II" helikopterinin qəzaya uğraması nəticəsində ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) səkkiz üzvü həlak olub.

AzerVoice-nin məlumatına görə, bu barədə respublika prezidenti Qustavo Petro özünün "X" hesabında məlumat yayıb.

"Humanitar missiya ilə Viçada departamentində olan HHQ-nin səkkiz əməkdaşının həlak olduğunu elan etməkdən təəssüflənirəm. Ölkə üçün bu kədərli anda onların ailələri ilə həmrəy olduğumu bildirirəm", - deyə Petro yazıb.

Kolumbiya HHQ qəza nəticəsində təyyarədə olan bütün personalın həlak olduğunu təsdiqləyib. Qəza zamanı helikopter ekipajı tibbi evakuasiya missiyasını yerinə yetirirdi.

Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

Digər Kateqoriyalar

2025 © Azervoice