88
Bakı. AzerPress:
İsrail Qəzzada Birləşmiş Millətlər Təşkilatının (BMT) məktəbini bombalayıb.
AzerPress-in məlumatına görə, İsrail, Qəzzanın cənubunda çox sayda insanın sığındığı Xan Yunus şəhərində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının (UNRWA) tərkibindəki Muin məktəbini bombalayıb.
Qeyd edək ki, Qəzza zolağında ölənlərin sayı 15,5 min nəfəri keçib.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.
Aytac Süleymanova
Twitter: a_alieva_