Əsas səhifə » Türkiyə-Qətər Yüksək Strateji Komitə toplantısı, əlaqələri yaxşılaşdırmaq üçün böyük fürsətlər təqdim edir - Qətər prezidenti

Türkiyə-Qətər Yüksək Strateji Komitə toplantısı, əlaqələri yaxşılaşdırmaq üçün böyük fürsətlər təqdim edir - Qətər prezidenti

Bakı. AzerPress:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 9-cu Toplantısı, iki ölkə arasında strateji münasibətləri qiymətləndirmək və ikitərəfli münasibətləri daha çox tərəfdaşlıq ilə inkişaf etdirmək üçün bir fürsətdir.

AzerPress-in məlumatına görə, bu barədə Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani deyib.

“Görüş, strateji əlaqələrimizin səviyyəsini qiymətləndirmək və ölkələr arasında ticari-iqtisadi inteqrasiyanın artmasına və ümumi maraqlarımızın reallaşmasına töhfə verən daha keyfiyyətli ikitərəfli tərəfdaşlıqları və əlaqələri gücləndirmək üçün bir fürsətdir”,- deyə o bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Qətərə rəsmi səfər edib.

Ərdoğan və Qətər Əmiri Şeyx Təmimin sədrliyi ilə Dohadakı Lusail sarayında təkbətək görüşəndən sonra Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 9-cu Toplantısı keçirilib.

İki liderin iştirakı ilə müxtəlif sahələrdə 12 əməkdaşlıq sazişi və Ali Strateji Komitənin 9-cu iclasının Birgə Bəyannaməsi imzalanıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2024 © Azervoice