Əsas səhifə » Ukrayna NATO-ya həmişəkindən daha yaxındır - Stoltenberq

Ukrayna NATO-ya həmişəkindən daha yaxındır - Stoltenberq

Bakı,AzerVoice

Ukrayna NATO-ya həmişəkindən daha yaxındır.

AzerVoice xəbər verir ki, bu sözləri NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq deyib.

Stoltenberq, Putinin fikrini dəyişə bilməyəcəklərini, lakin onun hesablamalarını alt-üst edə biləcəklərini iddia edib.

“Ukraynaya daha çox silah verməklə biz Putinə istədiyini zorla əldə edə bilməyəcəyini başa sala bilərik”, - deyə Stoltenberq bildirib.

Qeyd edək ki, Stoltenberq NATO-nun rəhbərliyində on il işlədikdən sonra bu ayın sonunda baş katib postunu tərk edəcək.

Hollandiyanın keçmiş baş naziri Mark Rutte oktyabrın 1-də baş katib postunda Stoltenberqi əvəz edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice