Əsas səhifə » Blinken Livandakı partlayışlara münasibət bildirib

Blinken Livandakı partlayışlara münasibət bildirib

Bakı. AzerVoice

ABŞ Dövlət katibi Antoni Blinken Livanda peycerlərin kütləvi partlamasına münasibət bildirib.

AzerVoice xarici KİV-lərə istinadən xəbər verir ki, Blinken mətbuat konfransında hadisənin hansı səbəbdən baş verdiyinin tam aydınlaşdırılmalı olduğunu və ABŞ-nin bunu araşdırmağa davam etdiyini deyib.

“Hadisənin nələrə gətirib çıxaracağını və “Hizbullah” hərəkatının fəaliyyətinə necə təsir edəcəyini bilmirəm”, - o əlavə edib.

Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində azı 12 nəfər ölüb, 4 min nəfər yaralanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice