97
Bakı. AzerPress:
Türkiyədə Rusiyada fəaliyyət göstərən mütəşəkkil cinayətkar dəstənin rəhbərlərindən biri saxlanılıb.
AzerPress-in məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsində yazıb.
Nazir bildirib ki, qruplaşmanın rəhbərlərindən biri Şamil Əmirov İstanbulun Sarıyer səmtində "Qəfəs-15" əməliyyatı zamanı saxlanılıb.
O, qeyd edib ki, Ş.Əmirov dələduzluqda ittiham olunaraq İnterpol xətti ilə axtarışa verilib.