Əsas səhifə » Türkiyə-Ermənistan sərhədindəki Əlican sərhəd-buraxılış məntəqəsi istismara hazırdır

Türkiyə-Ermənistan sərhədindəki Əlican sərhəd-buraxılış məntəqəsi istismara hazırdır

Bakı. AzerPress:

Türkiyə-Ermənistan sərhədindəki Əlican sərhəd-buraxılış məntəqəsi istismara hazırdır.

AzerPress erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Ermənistan tərəfi sərhədin üçüncü ölkənin vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılması üzrə Türkiyədən pozitiv siqnallar gözləyir", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, bir müddət bundan əvvəl erməni KİV-ləri Ermənistan hökumətinin Türkiyə ilə sərhəddəki Əlican sərhəd-buraxılış məntəqəsinin özünə aid hissəsində gömrük məntəqəsi tikmək niyyətində olduğunu yazmışdı.

Qərarın Ermənistan hökumətinin iclasının gündəliyinə daxil edilməsi də vurğulanmışdı.

Digər Kateqoriyalar

2024 © Azervoice