93
Bakı. AzerPress:
Türkiyənin dövlət xəbər agentliyi “Anadolu"nun Qəzzada işləyən operatoru Muntasir əs-Səvvaf dünyasını dəyişib.
AzerPress xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, agentliyin əməkdaşı hava hücumu nəticəsində həlak olub.
Qeyd edək ki, İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlar nəticəsində 42 jurnalist həlak olub, 10 mindən çox insan öldürülüb.