Bakı, AzerVoice
Təbii fəlakətlər və turist axını Yaponiyada düyü böhranına səbəb olub.
AzerVoice xəbər verir ki, ötən ay ölkədə baş verən 7.1 böyüklüyündəki zəlzələ, Shanshan qasırğası və turist axını kimi bir çox səbəblərdən düyü tapmaq çətinləşib.
Bir çox marketdə düyü rəfləri boş qalıb. Piştaxtalara “Təchizat çatışmazlığı səbəbindən düyü satışı həyata keçirə bilmirik” xəbərdarlığı asılıb.
Bəzi marketlər də hər müştəriyə görə düyünün satışı ilə bağlı limit qoyulub.
Səhmlərdə rekord azalmalar müşahidə edilib. Özəl sektorun əlində olan düyü ehtiyatı iyun ayında 1,56 milyon tona düşüb. Bu isə düyü sektorunda məlumatların toplanmağa başlandığı 1999-cu ildən bəri ən aşağı səviyyə hesab edilir.
Hər il orta hesabla 100 min ton azalan düyü tələbatı əvvəlki ilə nisbətən 110 min ton artaraq 2024-cü ilin iyun ayına qədər olan 1 illik dövrdə 7,02 milyon tona çatıb.
Qeyd edək ki, düyü tələbinin artmasına səbəb kimi rekord sayda artan xarici ziyarətçi və iqlim şəraiti göstərilib.