Rohingiya müsəlmanları vətənlərini itirmək riski ilə üz-üzədir.
AzerVoice xəbər verir ki, Rohingiya müsəlmanları BMT tərəfindən ən çox zülmə məruz qalan icma olaraq təyin olunub.
Rohingiyalıların hüquq müdafiəçisi və “Azad Rohingiya Koalisiyası”nın yaradıcılarından biri Nay San Lvin, Rohinca icmasının üzləşdiyi problemlərin həllində beynəlxalq təşkilatların rolundan danışıb.
10 min rohingiyalının keçən həftə Banqladeşə sığınmaq məcburiyyətində qaldığını bildirən Lvin, “Əgər beynəlxalq ictimaiyyət sülhə nail ola bilməsə biz vətənimizi itirəcəyik. Myanma ordusu isə 1978-ci ildən bəri cəzasız qaldığı kimi bundan sonra da cəzasız qalacaq. Ən pisi də məhz budur", - deyə əlavə edib.