Əsas səhifə » Yaponiya subay qadınları kənd yerlərinə köçməyə təşviq edir

Yaponiya subay qadınları kənd yerlərinə köçməyə təşviq edir

Bakı, AzerVoice

Yaponiya kənd yerlərində qadınların azalması problemlərini həll etmək məqsədilə Tokiodan evlənmək məqsədiylə kənd ərazilərinə köçən subay qadınlara maddi dəstək göstərməyi planlaşdırır.

AzerVoice xəbər verir ki, bu barədə Yaponiya KİV məlumat verib.

Bu təşəbbüsün məqsədi, Tokioda artan qadın nüfuzu fonunda kənd yerlərində azalan əhali probleminin qarşısını almaqdır.

Layihəyə görə hökumət köçən qadınların səyahət xərclərini qarşılayacaq və onlara maddi dəstək göstərəcəkdir. Qeyd edək ki, 2020-ci ilin milli siyahıyaalınmasına görə, Yaponiyanın 47 prefekturasından 46-da subay qadınların sayı 9,1 milyon, subay kişilərin sayı isə 11,1 milyon olub. Həmçinin, fərq bəzi əyalətlərdə 30%-ə çatır.

Son illərdə qadınların Tokioya köçməsi və kənd yerlərinə qayıtmaması kənd yerlərindəki subay qadınların sayını xeyli azaldıb.

Yeni təşəbbüs, Tokiodan köçən qadınlara 7000 dollara qədər dəstək verən mövcud proqramı genişləndirəcək.

Qeyd edək ki, Yaponiya doğum nisbətinin aşağı olması səbəbindən demoqrafik problemlər yaşayır. Belə ki, ölkədə keçən il 727,277 doğuş qeydə alınıb, doğum nisbəti isə 1,20 təşkil edir. Hökumət, doğum nisbətini artırmaq üçün müxtəlif təşəbbüslər həyata keçirir, bunlara maddi stimullar, uşağa baxım imkanlarının genişləndirilməsi və süni intellektlə tanışlıq proqramları daxildir.

Ölkənin baş naziri Fumiyo Kişida doğum nisbətlərinin aşağı düşməsini "ölkənin indiyə qədər üzləşdiyi ən ciddi böhran" olaraq qiymətləndirib.

Digər Kateqoriyalar

2025 © Azervoice