Əsas səhifə » Yaponiyada qasırğa nəticəsində üç nəfər ölüb

Yaponiyada qasırğa nəticəsində üç nəfər ölüb

Bakı,AzerVoice

Yaponiyada Şanşan qasırğasının törətdiyi leysan yağışlar və torpaq sürüşməsi nəticəsində üç nəfər ölüb, 40 nəfər yaralanıb.

AzerVoice xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat verib.

Səlahiyyətlilər, ilkin məlumatlara görə, Kaqosima, Kumamoto və Miyazaki şəhərlərində güclü yağış və külək nəticəsində 40 nəfərin xəsarət aldığını bildirib.

Bəzi bölgələrdə qatarların və reyslərin ləğv edildiyini, bəzi yaşayış məntəqələrində elektrik enerjisinin kəsildiyini bildirib.

JMA dünən Şanşan qasırğası səbəbiylə Kaqoşima bölgəsi üçün təcili xəbərdarlıq edib və qasırğanın sürətinin saatda 250 kilometrə çatdığı təxmin edildiyini açıqlayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice