Əsas səhifə » Banqladeşə 2 mindən çox Rohingiyalı müsəlman sığınıb

Banqladeşə 2 mindən çox Rohingiyalı müsəlman sığınıb

Bakı, AzerVoice

Keçmiş baş nazir Şeyx Hasina Vacidin istefa verərək ölkəni tərk etməsindən bu yana 2 mindən çox Rohingiyalı müsəlman Banqladeşə sığınıb.

AzerVoice xəbər verir ki, Banqladeş sərhəd təhlükəsizlik rəsmisi gün ərzində 20-dən çox Rohingiyalı müsəlmanı sərhəddə saxladıqlarını bildirib.

Səlahiyyətli şəxslər qaçqınların ölkəyə daxil olmasının qarşısını almağa çalışdıqlarını bildiriblər.

Ancaq bəzi məmurlar “ictimai reaksiyadan qorxduqları üçün” istefa vermək məcburiyyətində qalıb.

Qeyd edək ki, Arakan ordusunun Maungdaw bölgəsinə doğru hərəkət edərək müsəlmanlara qarşı hücumlar təşkil etdikləri üçün yerli müsəlmanlar bölgəni tərk edərək Bnaqladeşə sığınmaq məcburiyyətində qalıb.

Banqladeşə keçməyə çalışan yüzlərlə müsəlman qaçqın Banqladeş ilə Myanma arasındakı Naf çayında boğularaq həyatını itirib.

Banqladeşə gələn qaçqınlardan biri övladlarının bu çayda boğulduğunu, yalnız özünün və həyat yoldaşının sağ qaldığını deyib.

Banqladeşdə müvəqqəti hökumətə “baş məsləhətçi” kimi rəhbərlik edən Muhamməd Yunus avqustun 19-da verdiyi açıqlamada Rohinca xalqına dəstək verəcəyini bildirib.

Eyni zamanda, Rohinca müsəlmanlarının hüquq müdafiəçisi və “Azad Rohinca Koalisiyasının” qurucularından biri Nay San Lvin sosial media hesabında Arakanda baş verən qətliamlar haqqında paylaşım edib.

Lvin etdiyi paylaşımda buddistlər tərəfindən həyata keçirilən hücumlarda uşaqlar, qadınlar və qocalar da daxil olmaqla ən azı 200 Rohinca müsəlmanının “vəhşicəsinə” öldürüldüyünü və çoxlu sayda insanın yaralandığını bildirib.

Qeyd edək ki, Arakan Ordusu avqustun 7-də verdiyi açıqlamada avqustun 5-də törədilən hücumun məsuliyyətini öz üzərinə götürməyərək hücumda yaxınlarını itirənlərə başsağlığı vermişdi.

Xatırladaq ki, 2012-ci ildə Myanmanın Rakhayn əyalətində buddistlərlə müsəlmanlar arasında qarşıdurma baş vermiş, əksəriyyəti müsəlman olmaqla minlərlə insan həlak olmuş, yüzlərlə ev və iş yeri yandırılmışdı.

2017-ci il avqustun 25-də Rakxayn əyalətində Myanmaya aid sərhəd postları eyni vaxtda hücuma məruz qalmışdı. Bu hücumu əsas gətirən Myanma ordusu və buddist millətçilər kütləvi zorakılıq aktlarına başladılar.

BMT-nin məlumatına görə, 2017-ci ilin avqustundan sonra Rakhine əyalətindən qaçaraq Banqladeşə sığınanların sayı 900 mini keçib.

Həmçinin Beynəlxalq insan haqları təşkilatları da yaydıqları peyk görüntüləri ilə yüzlərlə kəndin dağıdıldığını sübut ediblər.

Qeyd edək ki BMT və beynəlxalq insan haqları təşkilatları Rohinca müsəlmanlarına qarşı zorakılığı “etnik təmizləmə” və ya “soyqırım” adlandırıblar.

Digər Kateqoriyalar

2025 © Azervoice