Bakı,AzerVoice
Dünya Müsəlman Birliyi Afrika və Malavidə ən böyük su layihələrindən birinin açılışını həyata keçirib
AzerVoice xəbər verir ki, layihənin açılışı Sədr Dr. Məhəmməd əl-İsa, Malavinin birinci xanımı Monika Çakvera, su naziri Abida Maya və bir sıra hökumət rəsmiləri və humanitar təşkilatların iştirakı ilə həyata keçirilib.
Əl-İsa bildirib ki, bu böyük layihə “dinimizin ayrı-seçkilik etmədən bəşəriyyətə fayda verməyin yüksək dəyərlərini vurğulayır”.
Monika Çakvera, layihənin əhatə etdiyi ərazilərdə uzun müddətdir qıtlıq və çirklilik və bunun nəticəsində xüsusən də uşaqlar arasında yayılan ciddi xəstəliklərin və ölüm hallarının olduğu bildirib. O əhalini su böhranından xilas edəcək bu layihəyə görə Dünya Müsəlmanlar Lİqasına öz təşəkkürünü bildirib.
Qeyd edək ki, atı rayona xidmət edən layihə regionda enerji resurslarının qıtlığı şəraitində davamlılığı təmin etmək üçün günəş enerjisi ilə işləyir. Anbar qurğuları və nasosları ehtiva edən bu layihə, uzun müddətdir təhlükəsiz təmiz su mənbəyinin olmamasından əziyyət çəkən ehtiyacı olan minlərlə insana fayda verir.