Əsas səhifə » Kamala Harris Donald Trampla debatda iştirakdan imtina edib

Kamala Harris Donald Trampla debatda iştirakdan imtina edib

Bakı, AzerVoice

Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Tramp bildirib ki, onun demokrat rəqibi, ABŞ-nin vitse-prezidenti Kamala Harris sentyabrın 4-də seçki debatlarını keçirməkdən imtina edib.

AzerVoice-un məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Kamala Harris indicə bizə bildirdi ki, "Fox News" televiziya kanalının efirindəki debatda iştirak etməyəcək", - deyə o bildirib.

D.Tramp qeyd edib ki, hadisələrin bu cür inkişafı onu “təəccüblənmir”, debatlar əvəzinə eyni tarixdə "Fox News2 platformasında seçicilərin suallarına cavab verəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice