Əsas səhifə » Kamala Harris vitse-prezidentini seçib

Kamala Harris vitse-prezidentini seçib

Bakı, AzerVoice

ABŞ-ın vitse-prezidenti, Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris seçiləcəyi təqdirdə vitse-prezident təyin edəcəyi şəxsin adını açıqlayıb.

AzerVoice xarici KİV-ə istinadən xəbər verir ki, prezident seçkiləri kampaniyasında onunla birlikdə hərəkət edəcək şəxs Minnesota qubernatoru 60 yaşlı Tim Valzdır.

Kamala Harris bu gün Filadelfiyada keçirəcəyi görüş zamanı vitse-prezident postuna namizədini xalqa təqdim edəcək.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri bu il noyabrın 5-də keçiriləcək. Respublikaçılar Partiyası 15-18 iyul tarixlərində keçirilən Milli Qurultayda Donald Trampın namizədliyini irəli sürüb. ABŞ prezidenti Co Bayden seçki yarışından geri çəkildiyini açıqlayıb. O, prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice