Bakı,AzerVoice
ABŞ prezidenti Co Baydenin yarışdan geri çəkilməsindən sonra Demokratlar Partiyasından prezidentliyə namizəd olan vitse-prezident Kamala Harris Ağ Evdə görüşdüyü İsrailin baş naziri Binyamin Netanyahuya Qəzzada təcili humanitar vəziyyətlə bağlı ciddi narahatlığını çatdırdığını bildirib.
AzerVoice-in məlumatına görə, bu barədə ABŞ-nin vitse-prezidenti Kamala Harris Ağ Evdə B.Netanyahu ilə görüşdən sonra deyib.
ABŞ vitse-prezidenti Harris günorta saatlarında Baydenlə görüşən Netanyahunu Ağ Evdə ayrı bir görüşdə qəbul edib.
İkili kameralar qarşısına keçərək görüşdən əvvəl heç bir açıqlama verməyib.
Görüşdən sonra kameralar qarşısına keçən Harris Netanyahu ilə əhatəli görüş keçirdiklərini və Yaxın Şərqlə bağlı gündəmi dəyərləndirdiklərini bildirib.
Harris İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu və ABŞ-ın bu mövzuda İsrailə hər cür dəstək verməyə davam etdirəcəyini vurğulayıb.
"Son 9 ayda Qəzzada baş verənlər həqiqətən dəhşətlidir. Baş nazir Netanyahuya Qəzzada humanitar əzabların miqyası, o cümlədən bu qədər günahsız mülki şəxsin ölümü ilə bağlı ciddi narahatlığımı çatdırdım." Harris Qəzzada ən azı yarım milyon insanın ciddi aclıqla üzləşdiyini bildirib.
Ölən uşaqları və aclıqdan çarəsiz qalan və təhlükəsizlik üçün yaşadıqları yerdən qaçan insanları gördüklərini qeyd edən Harris, "Bu faciələrin içində üzümüzü başqa yerə çevirə bilmərik. Özümüzü bu əzablar qarşısında hissiz hala gətirə bilmərik. Və mən də buna səssiz qalmayacam”,- dedi.
Netanyahu ilə görüşündə Qəzzada atəşkəs razılaşmasının əldə edilməsinin vaxtının gəldiyini və məhbusların evlərinə qayıtması lazım olduğunu ifadə edən Harris, "Gəlin bu razılaşmanı edək və müharibəni atəşkəslə bitirək. Əsirləri evlərinə geri gətirək və Fələstin xalqına çox ehtiyac duyduqları yardımı təmin edək. Eyni zamanda iki dövlətli həll yoluna səbəb olacaq prosesə də bağlı olmağa davam edəcəm",- deyə ifadə edib.
ABŞ administrasiyasının İsrailə qeyd-şərtsiz dəstəyinə qarşı göstərilən ciddi ictimai tənqid fonunda administrasiyanın ikinci adı olan Harris bir gün əvvəl Netanyahunun Konqresdəki çıxışında sessiyaya sədrlik etməyib və həmçinin bu çıxışa da qatılmayıb.
![](https://www.azervoice.com/media/Harris-Netanyahu-min.jpeg)