Əsas səhifə » Qanada üç həftə elektrik enerjisi kəsiləcək

Qanada üç həftə elektrik enerjisi kəsiləcək

Bakı. VOA:

Qərbi Afrika ölkəsi olan Qanada Nigeriyadan alınan təbii qazın kifayət etməməsindən dolayı bəzi bölgələrdə üç həftəlik elektrik enerjisi kəsiləcək.

VOA xəbər verir ki, ölkədə elektrik enerjisini təmin edən Qana Şəbəkə Şirkəti (GRIDCo) və Qana Elektrik Şirkəti (ECG) tərəfindən birgə bəyanat dərc edilib.

Açıqlamaya görə, ölkənin Nigeriyadan aldığı təbii qazın kifayət qədər olmaması səbəbindən bəzi bölgələrdə üç həftə ərzində elektrik enerjisi kəsiləcək.

“GRIDCo və ECG olaraq biz ictimaiyyəti əmin etmək istərdik ki, mövcud resursları optimallaşdırmaq və qaz təchizatının azalmasının istehlakçılara təsirinin minimal olmasını təmin etmək üçün enerji dəyər zəncirinin digər maraqlı tərəfləri ilə əməkdaşlıq edirik”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, illərdir tez-tez elektrik kəsilməsi ilə üzləşən Qanada son 20 ildə qismən sürətli urbanizasiya və əhalinin artması səbəbindən elektrik enerjisinə tələbat durmadan artır.

Həmçinin, keçən həftə paytaxt Akra-da həyata mənfi təsir göstərən elektrik kəsilmələrinə qarşı yüzlərlə insan etiraz aksiyaları həyata keçirmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice