Əsas səhifə » Braziliya və Rusiya arasında milli valyutalarla ticarət nəzərdən keçirilir

Braziliya və Rusiya arasında milli valyutalarla ticarət nəzərdən keçirilir

Bakı. AzerVoice:

Braziliya Rusiyadan idxal etdiyi neft və qaz üçün ödənişlərdə milli valyutalardan istifadə imkanını nəzərdən keçirir.

AzerVoice-in məlumatına görə, bu barədə Braziliya xarici işlər naziri Mauro Vieyra bildirib.

"Braziliya və Rusiya Federasiyası arasında milli valyutalarda ödənişlər hələ həyata keçirilməyib, lakin bu imkan araşdırılır. Braziliyaya Rusiya idxalına, Rusiyaya isə bizim mallara görə ödəniş etməyə imkan verəcək bu mexanizm hələ də maliyyə naziri ilə müzakirə olunacaq", - deyə nazir qeyd edib.

O əlavə edib ki, beləliklə, Braziliya şirkətləri Rusiya Federasiyasından qaz və neftin ödənişini milli valyuta mexanizmi ilə həyata keçirəcəklər.

Digər Kateqoriyalar

2025 © Azervoice