Bakı. AzerVoice:
Kolumbiya prezidenti Qustavo Petro İsraili Qəzzada dinc əhaliyə qarşı "kütləvi qətliam" törətməkdə ittiham edib.
AzerVoice xəbər verir ki, Petro X sosial media hesabındakı paylaşımında Birləşmiş Millətlər Təşkilatının (BMT) İsraili "münaqişə zonalarında uşaqlara zərər verən" ölkələr siyahısına əlavə etməsi ilə bağlı xəbərdən sitat gətirib.
Prezident Petro, "Uşaq qatilləri. Bu gün fələstinli uşaqların bu kütləvi qətlini dəstəkləyən hər kəs, nasistlərin Holokostu həyata keçirdiyi dövrdə yaşayıb buna biganə qalanlar kimi dünya tarixinin qaranlıq səhifələrində öz yerini tutacaq. ." - deyə bildirib.
Onu da qeyd edək ki, Kolumbiya Qəzzada Fələstin xalqına qarşı davam edən hücumları əsas gətirərək mayın üçündən etibarən İsraillə diplomatik əlaqələri rəsmən kəsdiyini açıqlamışdı.