Əsas səhifə » Malayziya Fələstin mübarizəsini dəstəkləyəcək

Malayziya Fələstin mübarizəsini dəstəkləyəcək

Bakı. AzerVoice:

Malazyanın baş naziri Ənvər İbrahim sahib olduqları müstəqillikdən istifadə edərək Fələstinə dəstək göstərəcəklərini bildirib.

AzerVoice xəbər verir ki, Ənvər bu haqda paytaxt Kuala Lumpurda keçirilən 37-ci Asiya-Sakit Okean Dəyirmi Masa iclasında çıxışı zamanı danışıb. O həmin iclasda "Fələstinlilər zülm və mühasirə altında yaşadıqları halda, biz həyatdayıq və müstəqilik, təsir gücümüz məhduddur, lakin biz suveren və azadıq. Malayziya böyük dövlət deyil, amma heç şübhəniz olmasın ki, biz öz müsqətilliyimizdən fələstinlilərin mübarizəsini dəstəkləmək üçün istifadə edəcəyik" - deyə qeyd edib.

Ənvər sözlərinə davam edərək “İsrailin Fələstini işğal etməsi bizim kollektiv tariximiz və xalqlarımız üçün bir bəladır. Fələstindəki insan soyqırımı kiçik problem deyil, böyük fəlakətdir." - deyə əlavə edib.

O həmçinin Malayziyanın sülh və tərəqqi, dostluq və hər şeydən əvvəl beynəlxalq hüquqa və beynəlxalq münaqişələrdə əməkdaşlığa sadiq olduqlarını vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice