Əsas səhifə » Afrikada 435 ton qızıl qaçaqmalçılıq yolu ilə qitədən çıxarılıb

Afrikada 435 ton qızıl qaçaqmalçılıq yolu ilə qitədən çıxarılıb

Bakı. AzerVoice:

Afrikada hər il orta hesabla 321-474 ton qeydiyyatsız qızıl istehsal edilir, 2022-ci ildə isə ən az 435 ton qızılın qaçaqmalçılıq yolu ilə qitədən kənara çıxarıldığı bildirilib.

AzerVoice xəbər verir ki, bu barədə İsveçrə mərkəzli qeyri-hökumət təşkilatı Swissaid tərəfindən "Afrika qızılının axtarışında" başlıqlı hesabatında məlumat verilib.

Hesabatda Afrikada hər il orta hesabla 321-474 ton qeydiyyatsız qızıl istehsal edildiyi, 2022-ci ildə isə ən az 435 ton qızılın qaçaqmalçılıq yolu ilə qitədən kənara çıxarıldığı ifadə edilib.

Hesabatda qitə üzrə qızıl qaçaqmalçılığının 2022-ci ildə əvvəlki illərlə müqayisədə iki dəfə artdığı, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri və Hindistanın Afrika qızılının ən böyük üç ixracatçılarından olduğu qeyd edilib.

Həmçinin 2022-ci ildə ən çox qızıl hasil edilən ölkələr sırasında Mali, Zimbabve və Fil Dişi Sahili göstərilmişdir. Ayrıca qızıl istehsalının ən çox Qana, Cənubi Afrika, Qvineya və Burkina Fasoda qeydiyyatdan kənar həyata keçirildiyi əlavə edilmişdir.

Digər tərəfdən hesabatda Afrikada çıxarılan və qeydə alınmayan qızıl miqdarının gözləniləndən daha çox olduğu da billdirilib

Digər Kateqoriyalar

2025 © Azervoice