Əsas səhifə » London xəstəxanaları kiber hücuma məruz qalıb

London xəstəxanaları kiber hücuma məruz qalıb

Bakı. AzerVoice:

Londonun bəzi əsas xəstəxanalarının kiber hücuma məruz qalması problemlərə yol açıb.

AzerVoice Sky News kanalına istinadən xəbər verir ki, Londonun Kings Kollec, Royal Brompton, Evelina London Uşaq Xəstəxanası, həmçinin Qays və St Tomas xəstəxanalarının sistemləri böyük kiber hücuma məruz qalıb.

Kiber hücumun sistemdə yaratdığı problemlərə görə bir çox xəstənin prosedurları ləğv edilməli olub və ya başqa xəstəxanalara yönləndirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice