Bakı. AzerVoice:
ABŞ-ın Keniyanın Somali ilə sərhədi yaxınlığında hərbi hava bazası tikməyə başladığı bildirilir.
AzerVoice xəbər verir ki, Keniyanın Somali ilə sərhədində Somalili müsəlmanların yaşadığı Vacir bölgəsində inşa edilən hava bazasından Əl-Şəbaba qarşı pilotsuz uçuş aparatı bazası kimi istifadə ediləcəyi deyilir.
Vacir hava limanında tikilən baza əsasən tamamlanıb. Peyk görüntülərinə diqqət edildiyi zaman, bazanın tikintisinə 2022-ci ilin yayının əvvəlində başlanıldığı və tikintinin bu gün böyük ölçüdə tamamlandığı görünür.
Baza hava limanının digər hissələrindən iki qat divarla ayrılıb. Hava bazası Vacir hava limanının uçuş zolağına baza daxilində tikilmiş yollarla bağlıdır. Uçuş zolağındakı izlərdən, hava limanına enən bəzi təyyarələrin inşa edilmiş bazaya daxil olduğu anlaşılır.
Yerli mənbələr bazanın amerikalılar tərəfindən tikildiyini və bölgədə olmayan tikinti materiallarının buraya təyyarələrlə daşındığını vurğulayır.
Keniya administrasiyası baza tikintisi üçün ABŞ-a böyük bir ərazi ayırıb.
Onu da qeyd edək ki, Keniya bu yaxınlarda ABŞ tərəfindən "NATO üzvü olmağa önəmli müttəfiq" elan edilmişdi.
Bundan əlavə, ABŞ-ın sözügedən bazanı Şərqi Afrikada və bütün Afrikada daimi bazaya çevirmək istədiyi ehtimal edilir.
ABŞ bir müddət əvvəl Qərbi Afrikadakı bir çox ölkədə baş verən çevrilişlərdən sonra bu ölkələrdən əsgərlərini geri çəkmişdi.
Bildirilir ki, ilk mərhələdə hava bazası əsasən Somali, Keniya və Efiopiyada Əl-Şəbab qruplaşmasına qarşı hücumlar üçün mərkəz kimi istifadə olunacaq.
Xüsusilə ABŞ ordusunun bölgəni yaxın illərdə Əl-Şəbaba qarşı istifadə olunması üçün bir baza hallna çevirəcəyi gözlənilir. Maraqlıdır ki, ABŞ-da qarşıdan gələn seçkilər ərəfəsində xüsusilə ordu təşkilatının tikan üstündə olduğu bilinir. Əgər Donald Tramp seçkilərdə qalib gəlsə, Amerika ordusunun gözlənilməz strateji gedişlərlə üzləşməsi mümkündür.