Əsas səhifə » Türkiyədə “Xarici İşlərin Gücləndirilməsi Fondu” qurulur

Türkiyədə “Xarici İşlərin Gücləndirilməsi Fondu” qurulur

Bakı. AzerVoice:

Türkiyədə “Xarici İşlər Təşkilatının Gücləndirilməsi Fondu”nun yaradılması haqqında qanun layihəsi qəbul edilib.

AzerVoice xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında Xarici İşlər Təşkilatının Gücləndirilməsi Qanunu Təklifi qəbul edilib.

Məlumata əsasən, Fond (vəqf) vasitəsiylə təhsil, mədəniyyət və təcrübə transferi təmin olunacaq. Təqaüddə olan diplomatların təcrübə və biliklərindən istifadə olunacaqdır.

Bu fond Türkiyə Xarici İşlər Nazirliyinin fəaliyyətini gücləndirmək, yüksək təmsilçilik qabiliyyətinə malik kadrların yetişdirilməsinə dəstək olmaq məqsədi daşıyır. Fondun mərkəzi ofisi Ankarada yerləşəcək.

Fondun orqanları qəyyumlar şurası, direktorlar şurası və müşahidə şurasından ibarət olacaq.

Vəqfin qərar qəbul edən orqanı olan qəyyumlar şurasının sədri xarici işlər naziri olacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice