Bakı. AzerVoice:
Macarıstan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 14-cü sanksiyalar paketini dəstəkləməyəcək.
AzerVoice xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Brüsseldə Macarıstan jurnalistlərinə deyib.
Onun sözlərinə görə, sanksiyalar paketi Macarıstanın iqtisadi maraqlarına tamamilə ziddir və ölkənin enerji təminatına dair təhlükəsizliyini təhdid altında qoya bilər.
"Bu səbəbdən Macarıstan hökuməti bu sanksiyalar paketini qəbul etməyəcək", - deyə nazir əlavə edib.
Xatırladaq ki, aprel ayında Aİ-nin Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işlədiyi barədə məlumat yayılıb.
Məlumata görə, yeni paket məhdudiyyətlərdən yan keçənlərlə mübarizəyə yönələcək və onlara qarşı sanksiyalar tətbiq olunacaq.
