Əsas səhifə » Kolumbiya soyqırımın tərəfində ola bilməz – Qustavo Petro

Kolumbiya soyqırımın tərəfində ola bilməz – Qustavo Petro

Bakı. AzerVoice:

Kolumbiya soyqırımın tərəfində ola bilməz.

AzerVoice xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Qustavo Petro Petro sosial media hesabından verdiyi açıqlamada deyib.

"Kolumbiya soyqırımın tərəfində ola bilməz. Barbarlığı dayandırmaq üçün beynəlxalq hüquq qorunmalıdır. Bu gün diplomatiyanın, iqtisadiyyatın və hərbi gücün ifadəsidir. Diplomatiya isə xalqın sağlam düşüncəsi olmalı və onun məqsədi bütün müxtəlifliyi ilə bəşəriyyətin sülhünə həsr olunmalıdır” – deyə o bildirib.

Petro qeyd edib ki, Kolumbiya bu gün Qəzzada Fələstin xalqına qarşı davam edən hücumları əsas gətirərək İsraillə diplomatik əlaqələrini kəsir.

Xatırladaq ki, Petro mayın 1-də verdiyi açıqlamada Qəzzada Fələstin xalqına qarşı davam edən hücumlara görə İsraillə diplomatik əlaqələrin kəsiləcəyini açıqlamışdı.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2025 © Azervoice