Bakı. AzerVoice:
Kolumbiya İsraillə diplomatik əlaqələri kəsəcək
AzerVoice xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Qustavo Petro İsrailin Qəzzada Fələstin xalqına qarşı davam edən hücumlarına görə sabahdan etibarən İsraillə diplomatik əlaqələri kəsəcəyini açıqlayıb.
"Biz dayanıb bütöv bir xalqın bəşəriyyətin gözü qarşısında məhv edilməsini seyr edə bilmərik. Fələstin ölərsə, bəşəriyyət də ölər"- deyə o qeyd edib.
Petro İsrailin bombardmanları nəticəsində Qəzzada körpələrin öldüyünü, dünyanın bir çox ölkəsində insanların küçələrə çıxdığını bildirib.
Xatırladaq ki, Petro martın 26-da verdiyi açıqlamada, İsrailin Qəzzada atəşkəs tələbi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT Təhlükəsizlik Şurasının) qəbul etdiyi qərara əməl etmədiyi təqdirdə, İsraillə diplomatik əlaqələri kəsəcəyini açıqlamışdı.
Hafiz Rufizoğlu