Əsas səhifə » Trampın sərvəti 500 milyon dollar azalıb

Trampın sərvəti 500 milyon dollar azalıb

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Trampın şəxsi sərvəti 500 milyon dollar azalıb.

AzerVoice xəbər evrir ki, bu barədə Forbes jurnalında məlumat verilib.

Nəşrin hesablamalarına görə, Trampın sərvəti son həftə ərzində 4,7 milyard dollardan 4,2 milyard dollara düşüb. Azalmanın əsas səbəbi ona məxsus şirkətlərin səhm qiymətlərinin aşağı düşməsi olub. Xüsusilə, Trampa məxsus Trump Media and Technology Group şirkətinin səhm dəyəri 8% azalaraq, 170 milyon dollar dəyərində kapital itirib. Bundan əlavə, Trampın daşınmaz əmlak və xidmət sahəsindəki aktivləri də dəyər itirib.

Xatırladaq ki, Tramp 2 aprel tarixində 185 ölkə və ərazidən gətirilən mallara qarşı gömrük rüsumları tətbiq edildiyini elan etmişdi.

Ümumi 10%-lik gömrük tarifləri aprelin 5-də qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-da tətbiq olunacaq.

Eyni zamanda, ABŞ administrasiyası aprelin 3-dən etibarən bütün idxal avtomobillərinə 25% gömrük rüsumu tətbiq edib. Tramp həmçinin ölkədə iqtisadi vəziyyətlə əlaqədar fövqəladə vəziyyət elan edib.

Digər Kateqoriyalar

2025 © Azervoice