BAKI, AzerVoice
Çin ABŞ-ın tariflər və ticarət müharibəsində israr etməsi halında "bütün yolu gedəcəyini" bildirib.
AzerVoice xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi, ABŞ-ın tariflər və ticarət müharibəsində israr etməsi halında Çin hökumətinin lazımi tədbirləri görəcəyini və bütün yolu gedəcəyini açıqlayıb.
Pekində keçirilən mətbuat konfransında Nazirlik sözçüsü Lin Cien, ABŞ-ın tətbiq etdiyi tarifləri proteksionizm və iqtisadi zorakılıq kimi qiymətləndirərək, Çin xalqının problem yaratmaq istəmədiyini, amma təzyiq və təhdidlərlə razılaşmanın doğru yol olmadığını vurğulayıb.
Qeyd edək ki, Çin Ticarət Nazirliyi, ABŞ prezidenti Donald Trampın 50 faizlik tarif təhdidinə qarşı qətiyyətli əks tədbirlər görəcəyini və tarif artımlarına müqavimət göstərəcəyini bildirib.