BAKI, AzerVoice
Dünya Müsəlman Alimləri Birliyi cihad fətvasını dəstəkləyərək, Rəfah qapısına yürüş və səfirliklərin mühasirəyə alınması çağırısı edib.
AzerVoice xəbər verir ki, Dünya
Müsəlman Alimləri Birliyinin Qəzzada baş verən hücumların qarşısını
almaq üçün verdiyi “silahlı cihad vacibdir” fətvası müxtəlif
ölkələrdəki tanınmış din xadimləri tərəfindən də dəstəklənib.
Alimlər İslam dünyasını hərəkətə keçməyə, səfirlikləri mühasirəyə
almağa və Rəfah Sərhəd Qapısına yürüş etməyə çağırıblar.
Birliyin üzvü, misirli Şeyx Məhəmməd əl-Sağir Misir xalqına və gənclərə müraciət edərək, Qəzzaya yardım üçün Rəfah keçidinin açılması tələbi ilə sərhədə doğru yürüş etməyə səsləyib. O, həmçinin İordaniya və Suriyada da təzyiqlərin artırılmasının vacibliyini vurğulayıb.
Mavritaniyada isə ilk aksiyalar keçirilib – ABŞ səfirliyi qarşısında toplaşan nümayişçilər səfirliyi mühasirəyə alaraq, İsrailə qarşı cihad çağırışı ediblər.
Dünya Müsəlman Alimləri Birliyinin vitse-prezidenti İsam Bəşir isə Qəzzədəki soyqırıma son qoymaq üçün bütün müsəlmanları səfərbər olmağa çağıraraq, “Hər ölkədə səfirliklərə təzyiq göstərilməli, aksiyalar davamlı olmalıdır. Bu, dini və vicdani borcumuzdur” - deyə bildirib.
Alimlər, həmçinin fəaliyyətlər, boykotlar və aksiyalarla “cihad bayrağının” qaldırılmasını vacib hesab edirlər. Doktor Nevvaf Tekruri isə Qəzzəni "zülmə qarşı mübarizənin paytaxtı" adlandıraraq, “Cihadın şərəfli yolundan geri çəkilməyin” deyə çağırış edib.
Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən etibarən Qəzzada davam edən münaqişə nəticəsində minlərlə insan həyatını itirib, beynəlxalq ictimaiyyətin səssizliyinə qarşı İslam dünyasında cihad çağırışları daha da güclənməkdədir.