Əsas səhifə » Putin Ukraynada atəşkəs ideyasını dəstəkləyir - Peskov

Putin Ukraynada atəşkəs ideyasını dəstəkləyir - Peskov

BAKI,AzerVoice

Rusiya Prezidenti Vladimir Putin Ukraynada atəşkəs ideyasını dəstəkləyir.

AzerVoice xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Prezident Putin, həqiqətən də, atəşkəsin vacibliyi ideyasını dəstəkləyir. Lakin buna qədər cavablandırılmalı olan bir sıra suallar var. Bu suallar hələ də havada qalır və onlara heç kim cavab verməyib” – deyə Peskov bildirib.

Onun sözlərinə görə, bu suallar Ukrayna hakimiyyətinin bir sıra ekstremist və millətçi dəstələrin fəaliyyətinə nəzarət edə bilməməsi və Ukraynanın davam edən militarizasiyası ilə bağlıdır.

Daha əvvəl Peskov bildirib ki, Rusiya və ABŞ nümayəndələri arasında növbəti danışıqların dəqiq tarixi hələ müəyyən olunmayıb, lakin hər iki tərəf əlaqələrin davam etdirilməsinin vacibliyini anlayır.

Digər Kateqoriyalar

2025 © Azervoice