Əsas səhifə » Tramp-Putin görüşünün gələn həftə olacağı gözlənilir

Tramp-Putin görüşünün gələn həftə olacağı gözlənilir

BAKI, AzerVoice

Tramp-Putin görüşünün gələn həftə baş tutacağı gözlənilir

AzerVoice xəbər verir ki, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyev Vaşinqton səfərindən sonra Rusiya və ABŞ arasında yeni təmasların gələn həftə reallaşa biləcəyini açıqlayıb.

Onun sözlərinə görə, tərəflər dialoqu davam etdirməkdə maraqlıdırlar.

ABŞ-da keçmiş prezident Co Bayden dövründə gərginləşən Moskva-Vaşinqton münasibətləri, Donald Trampın vəzifəyə qayıdışı ilə yumşalma mərhələsinə daxil olub. İki ölkənin rəsmiləri artıq bir neçə dəfə – fevralda ABŞ-da, martda isə Rusiya və Səudiyyə Ərəbistanında görüşlər keçiriblər.

Qeyd edək ki, fevralın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubionun başçılığı ilə ilk görüş keçirilib. Daha sonra tərəflər martın 24-də Səudiyyə Ərəbistanında yenidən bir araya gəliblər. Son olaraq, ötən həftə Kirill Dmitriyev Vaşinqtonda Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffla danışıqlar aparıb. Gələn həftə baş tutacaq görüşün Tramp və Putin arasında birbaşa təmasa zəmin yaradacağı ehtimal olunur.

Digər Kateqoriyalar

2025 © Azervoice