BAKI, AzerVoice
“Bazar enişini gözləyirdim, amma məqsədimiz iqtisadiyyatı
gücləndirməkdir”
AzerVoice xəbər verir ki, ABŞ
prezidenti Donald Tramp, bazarlarla bağlı şərh edərkən, ABŞ-ın
ticarət siyasətinə dair qərarlarının təsirini müzakirə edib.
Bazarların enişinin "düşünülmüş bir qərar" olmadığını bildirən
Tramp, iqtisadiyyatda bəzən yaxşılaşmaq üçün müalicənin lazım
olduğunu vurğulayıb.
Air Force One təyyarəsində jurnalistlərə açıqlama verən Tramp, ticarət kəsirini aradan qaldırmadan Çinlə heç bir sövdələşməyə getməyəcəyini qeyd edib. O, həmçinin administrasiyasının tətbiq etdiyi tariflərlə bağlı Avropa və Asiya liderləri ilə danışıqlar apardığını bildirib.
Tramp, ABŞ iqtisadiyyatının idxaldan asılılığına diqqət çəkərək, "Bəzən yaxşılaşmaq üçün müalicə lazımdır" deyib və tariflərin bu problemi həll etməyin yeganə yolu olduğunu vurğulayıb. Prezident həmçinin Avropa ilə sərbəst ticarət zonası yaradılması mövzusunda danışıqların mümkünlüyünə də toxunub, amma Avropanın ABŞ-dan "külli miqdarda pul" tələb etdiyini bildirib.
Çərşənbə günü ABŞ-ın idxalına 10% vergi tətbiq ediləcəyini elan edən Tramp, bu tədbirlərin ölkənin gücünü artırmağa xidmət etdiyini söyləyib və Avropa ilə danışıqlara hazır olduqlarını əlavə edib.