19
BAKI,AzerVoice
ABŞ Prezidenti Donald Tramp, İsrailin baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə keçirəcəyi görüş barədə danışıb.
AzerVoice xəbər verir ki, Florida ştatından Vaşinqtona dönən Tramp, təyyarəsində jurnalistlərin suallarını cavablandırıb.
İsrail mediası isə Netanyahunun artıq yola çıxdığını xəbər verib.
“Hazırda Yaxın Şərqdə sakitləşdirilməli olan bir çox məsələ var” - deyə Tramp bildirib.
Tramp daha əvvəl ABŞ-ın Yaxın Şərq və İranla bağlı heç bir problemi olmadığını vurğulayıb.
“Sonra 7 oktyabr baş verdi və bu, tamamilə İranın ucbatından oldu” – deyə o bildirib.
Qeyd edək ki, bu, Trampın ikinci dəfə prezident olduqdan sonra Netanyahu ilə keçirəcəyi ikinci görüşdür. Onlar ilk dəfə yanvarda görüşüblər.