Əsas səhifə » Konqonun paytaxtında sel - Onlarla ölü

Konqonun paytaxtında sel - Onlarla ölü

BAKI, AzerVoice

Konqonun paytaxtı Kinşasada baş verən güclü yağışlar nəticəsində yaranan sel və su basqınlarında azı 30 nəfər həyatını itirib.

AzerVoice xəbər verir ki, təxminən 17 milyon əhalinin yaşadığı Kinşasanın bir hissəsindən keçən N'Cili çayı cümə günü yağan güclü yağışlardan sonra daşaraq avtomobil yolunun bağlanmasına səbəb olub. Sürücülər bu yolda 24 saatdan çox müddətdə köməksiz vəziyyətdə qalıb.

Kinşasadanın bir çox ərazilərində elektrik enerjisi kəsilib. Kinşasa qubernatoru Daniel Bumba Lubaki bildirib ki, su təchizatı infrastrukturu zədələnib, lakin 2-3 gün ərzində suyun yenidən təmin olunacağı gözlənilir.

Lubaki, bəzi ölüm halları ilə nəticələnən hadisələrin qeyri-qanuni tikililərdə baş verdiyini bildirib və bu tikililərdə yaşayanları təxliyə ilə hədələyib.

Digər Kateqoriyalar

2025 © Azervoice