Əsas səhifə » ABŞ-la danışıqlar yalnız nüvə proqramı üzrə olacaq - İran rəsmisi

ABŞ-la danışıqlar yalnız nüvə proqramı üzrə olacaq - İran rəsmisi

BAKI, AzerVoice

ABŞ ilə aparılan danışıqlarda yeganə müzakirə mövzusu İranın nüvə proqramı olacaq.

AzerVoice xəbər verir ki, bu barədə İran parlamentinin sədr müavini Həmid-Rza Hacı Babayi bildirib.

“ABŞ ilə dolayı danışıqlara başlamaq qərarı, bu ölkənin təzyiqlərinə cavabdır. Mövcud şəraitdə biz yalnız nüvə proqramı ilə bağlı danışıqlara hazırıq, digər mövzular heç bir əhəmiyyət daşımır” - deyə, o bildirib.

O əlavə edib ki, Tehran ABŞ ilə birbaşa danışıqlardan imtina edib, çünki Vaşinqton 2015-ci il Nüvə Sazişi – Bütün Tərəfli Fəaliyyət Planı (JCPOA) üzrə öhdəliklərini yerinə yetirməyib və davamlı olaraq təhdidlər və sanksiyalar tətbiq edib.

Martın 30-da ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, əgər iki həftə ərzində nüvə proqramı ilə bağlı danışıqlarda irəliləyiş əldə olunmazsa, İrana qarşı əlavə gömrük rüsumları tətbiq ediləcək. O həmçinin, İranın tam şəkildə sazişdən imtina etməsi halında, bu ölkəyə qarşı misli görünməmiş bombardmanlar həyata keçirməklə hədələyib.

İranın ali lideri Ayətullah Əli Xamenei isə cavab olaraq bildirib ki, ABŞ-ın hərbi müdaxilə ehtimalına inanmır, lakin Vaşinqtonun İranda qarışıqlıq yaratmaq cəhdləri sərt cavab alacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice