BAKI, AzerVoice
İran Silahlı Qüvvələri, ABŞ prezidenti Donald Trampın Tehrana ünvanladığı təhdidlər fonunda, ölkənin ali lideri Ayətullah Əli Xameneinin göstərişi ilə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
AzerVoice xəbər verir ki, bu barədə iranlı rəsmi mənbə məlumat verib.
Bundan əlavə, Tehran Bəhreyn, İraq, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəni xəbərdar edib ki, əgər bu ölkələr ABŞ-ın potensial hücumları zamanı Vaşinqtona hər hansı dəstək göstərsələr, bu addım düşmənçilik aktı kimi qiymətləndiriləcək və onlar üçün ciddi nəticələrə səbəb olacaq.
Xatırladaq ki, bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə birbaşa danışıqları mənasız adlandırıb.
“Həmişə hərbi gücdən istifadə etməklə hədələyən, BMT Nizamnaməsinə zidd mövqe tutan və ziddiyyətli fikirlər bildirən bir tərəflə birbaşa danışıqların heç bir mənası yoxdur” - deyə, Əraqçi bildirib.
Digər tərəfdən, Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyənin ABŞ-ın İrana hücum etməsinə ehtiyacı yoxdur.
Həmçinin xatırladaq ki, bundan əvvəl Pezeşkian bildirmişdi ki, İran ABŞ ilə bərabər əsasda dialoqa hazırdır.