Əsas səhifə » Roma Papası ictimaiyyət qarşısına çıxıb

Roma Papası ictimaiyyət qarşısına çıxıb

BAKI, AzerVoice

Roma Papası Fransisk xəstəxanadan buraxıldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

AzerVoice xəbər verir ki, bu barədə Vatikan mətbuatı məlumat yayıb.

Məlumata əsasən, Roma Papası Müqəddəs Pyotr meydanına əlil arabasında çıxıb. Bir qədər gücsüz, lakin eşidilən səslə Papa meydanda toplaşanları salamlayıb.

Xatırladaq ki, o, ikitərəfli ağciyər iltihabı diaqnozu ilə təxminən 40 gün xəstəxanada qalmışdı.

Roma Papasına 2 aylıq istirahət tövsiyə edilib və bu müddət ərzində onun iştirakı ilə nəzərdə tutulan bütün tədbirlər ləğv olunub.

Daha əvvəl Vatikanın dövlət katibi kardinal Pietro Parolin bildirmişdi ki, xəstəlikdən sonra Papa sənədlərlə işləməyə davam edir, qərar və təyinatları təsdiqləyir və vəziyyəti tədricən yaxşılaşır. Gözlənilir ki, Pasxa mərasimlərinin keçirilməsini Papa başqalarına həvalə edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice