15
BAKI, AzerVoice
Yaponiyanın xilasetmə xidmətinə məxsus bir helikopter Yapon dənizində, Tsusima adası yaxınlığında radarlardan itib.
AzerVoice-un məlumatına görə, altı heyət üzvündən üçü tapılaraq xəstəxanaya yerləşdirilib, digərlərinin axtarışı isə davam edir.
Xilasetmə xidmətlərinin verdiyi məlumata əsasən, helikopterlə əlaqə, onun yerli hava limanına enməsinə cəmi 10 kilometr qalmış kəsilib.
Hazırda hadisə baş verən ərazidə Yaponiyanın sahil mühafizəsinin iştirakı ilə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.