BAKI, AzerVoice
ABŞ-ın mərkəzi ştatlarında şiddətli leysan yağışları dağıdıcı daşqınlara səbəb olub.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ fövqəladə xidmətlər və Milli Meteorologiya Xidməti məlumat verib.
Məlumata əsasən, daşqınlar nəticəsində azı 16 nəfər həlak olub.
Fırtına Proqnozları Mərkəzinin məlumatına əsasən, Ohayo vadisindən Texasın cənub-şərqinə qədər uzanan ərazidə 41 milyon insan risk zonasında yerləşir. Ən yüksək – 4-cü səviyyəli təhlükə xəbərdarlığı isə Arkanzas, Missuri, Tennessi və Missisipi ştatlarında elan edilib.
Yağışlar fövqəladə təxliyələrə və yolların bağlanmasına səbəb olub. Yalnız şənbə günü 6 mindən çox aviareys təxirə salınıb və genişmiqyaslı elektrik kəsintiləri qeydə alınıb.
Meteoroloqlar artıq üç gündür davam edən leysanları qeyri-fırtına mövsümündə görünməmiş presedentsiz hadisə kimi qiymətləndirirlər.