Əsas səhifə » Rusiya və Finlandiya arasında münasibətlər bərpa oluna bilər

Rusiya və Finlandiya arasında münasibətlər bərpa oluna bilər

BAKI,AzerVoice

Rusiya və Finlandiya əvvəlki münasibətlərini bərpa edə bilər.

AzerVoice xəbər verir ki, bu fikri Rusiya Beynəlxalq İşlər Şurasının (RBİŞ) üzvü Konstantin Xudoley səsləndirib.

Onun sözlərinə görə, hazırda Rusiya-Finlandiya münasibətlərində gərginlik hökm sürsə də, Ukrayna münaqişəsinin başa çatması Moskva və Helsinki arasında əlaqələrin müəyyən qədər yumşalmasına gətirib çıxara bilər.

"Bununla belə, düşünürəm ki, Finlandiya olduqca ehtiyatlı mövqe tutacaq", – deyə Xudoley qeyd edib.

Bundan əvvəl Finlandiya Prezidenti Aleksandr Stubb finləri Rusiya ilə münasibətlərin bərpasına mənəvi baxımdan hazırlaşmağa çağırmışdı.

O vurğulamışdı ki, hazırda dəqiq tarix demək mümkün olmasa da, Rusiya hər zaman Finlandiyanın qonşusu olaraq qalacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice