BAKI, AzerVoice
Yunanıstanın Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə sistemini İsrailin BARAK sistemi ilə əvəz etməyi planlaşdırdığı bildirilir.
AzerVoice xəbər verir ki, Yunanıstanın
Baş naziri Kyriakos Mitsotakis martın 30-da İsrailə səfəri
çərçivəsində həmkarı Benyamin Netanyahu ilə görüşüb.
Görüş zamanı hava hücumundan müdafiə sahəsində əməkdaşlıq
məsələləri müzakirə olunub.
Mənbələrə görə, Afina İsrailin "Axilles Qalxanı" kimi tanınan çoxqatlı hava hücumundan müdafiə arxitekturasının əsas hissəsi olacaq BARAK sistemini almağı aktiv şəkildə nəzərdən keçirir. Mitsotakis Yunanıstanın 25 milyard avro dəyərində 12 illik müdafiə strategiyasını parlamentdə açıqlayarkən, İsrailin hava müdafiə sistemlərinin daha sərfəli və qısa müddətdə tədarük edilə biləcəyini vurğulayıb.
Qeyd edək ki, Yunanıstanın alternativ variantlar arasında ABŞ istehsalı olan Patriot sisteminə də üstünlük verdiyi bildirilir.