BAKI, AzerVoice
ABŞ hakimiyyəti İranın altı şırkətinə qarşı sanksiyalar tətbiq edib.
AzerVoice xəbər verir ki, bu haqda ABŞ Maliyyə Nazirliyinin verdiyi açıqlamada deyilir.
Açıqlamada qeyd edilib ki, sanksiyalar İran, BƏƏ və Çində fəaliyyət göstərən, İranın Qods Aviation Industries şirkəti üçün pilotsuz uçuş aparatlarının komponentlərini əldə edən şəbəkəyə aiddir. ABŞ tərəfinin iddiasına görə, bu şirkət İranda PUA istehsalı ilə məşğuldur.
Sanksiyalar aşağıdakı şirkətləri əhatə edir:
BƏƏ-də yerləşən şirkətlər: Infracom Communication Networks FZE, Diamond Castle Electronics Trading, Phenomena International General Trading və Future Trends Goods Wholesalers LLC
Çin şirkəti: Zibo Shenbo Machinelectronics
İran şirkəti: Rah Roshd International Trade Exchanges Development və onun iki əməkdaşı
Bu şirkətlərin və şəbəkələrin Sanksiya siyahısına daxil edilməsi, bu şəxslərin və qurumların ABŞ-dakı bütün aktivlərinin dondurulması, həmçinin ABŞ vətəndaşları və şirkətləri ilə hər hansı ticarət və ya maliyyə əlaqələrinin qurulmasının qadağan edilməsi deməkdir. Eyni zamanda, bu şəxslərin ABŞ-a girişinə də qadağa qoyulub.