39
BAKI, AzerVoice
Çin peyk internet texnologiyalarını sınaqdan keçirmək üçün yeni peykini kosmosa göndərib.
AzerVoice xəbər verir ki, Sinxua agentliyinin məlumatına görə, peyk ölkənin şimal-qərbindəki Ciuçüen Peyk Mərkəzindən “Uzun Yürüş-2D” daşıyıcı raketi ilə buraxılıb.
Planlaşdırılan orbital mövqeyinə yerləşdirilən peyk, genişzolaqlı internet bağlantılarının mobildən peykə ötürülməsi, yer və kosmik şəbəkələrin inteqrasiyası kimi texnologiyaların sınaqdan keçirilməsi üçün istifadə olunacaq.
Qeyd edək ki, bu buraxılış “Uzun Yürüş” raket seriyası ilə həyata keçirilən 567-ci uğurlu missiya olub. Çin son illərdə kosmik rabitə və peyk internet sahəsində irəliləyişlər əldə edərək, bu sahədə texnoloji inkişafını davam etdirir.