Əsas səhifə » Rusiya və Şimali Koreyanı birləşdirən yeni körpü tikilir

Rusiya və Şimali Koreyanı birləşdirən yeni körpü tikilir

BAKI, AzerVoice

Rusiya və Şimali Koreya arasında 4 kilometrlik yeni körpünün tikintisinə başlanılacağı elan edilib. Layihənin 2026-cı ilin sonuna qədər tamamlanması planlaşdırılır.

AzerVoice xəbər verir ki, bu körpü Şimali Koreyanın şimalı ilə Rusiyanın şərqini birləşdirəcək və iki ölkə arasındakı nəqliyyat əlaqələrini gücləndirəcək.

Yeni keçid, 1959-cu ildə istifadəyə verilmiş "Dostluq körpüsü" dəmir yolu bağlantısının yaxınlığında yerləşəcək.

Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora açıqlamasında bildirib ki, hazırda tərəflər layihə sənədlərini yekunlaşdırır, tikinti qruplarını formalaşdırır və lazımi avadanlıqları hazırlayır.

Digər Kateqoriyalar

2025 © Azervoice