Əsas səhifə » Axundzadə deyir ki, Əfqanıstana Qərbin Qanunları Lazım Deyil

Axundzadə deyir ki, Əfqanıstana Qərbin Qanunları Lazım Deyil

BAKI, AzerVoice

Əfqanıstanda Taliban hərəkatının lideri Həbətullah Axundzadə bildirib ki, ölkənin Qərb qanunlarına ehtiyac yoxdur və İslam şəriəti qüvvədə olduğu müddətcə demokratiya sona çatıb.

AzerVoice xəbər veir ki, Axundzadə bu açıqlamaları cənubdakı Qəndəhar şəhərində yerləşən bayram məscidində Fitr bayramı münasibətilə etdiyi xütbədə səsləndirib. “Taliban” hökumətinin baş sözçüsü Zəbiullah Mücahid bu çıxışın 50 dəqiqəlik səs yazısını “X” (əvvəlki Twitter) sosial media platformasında paylaşıb.

“Qərbdən qaynaqlanan qanunlara ehtiyac yoxdur. Biz öz qanunlarımızı özümüz hazırlayacağıq” – deyə, Axundzadə İslam qanunlarının əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, hərəkat Çin və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrlə diplomatik əlaqələr qurub.

2021-ci ildə ölkənin nəzarətini ələ keçirdikdən sonra Axundzadə “Taliban”ın siyasi xəttini daha sərt şəkildə müəyyənləşdirməyə başlayıb. Halbuki bəzi rəsmilər ilk dövrlərdə daha yumşaq idarəetmə vədləri vermişdilər.

Digər Kateqoriyalar

2025 © Azervoice