BAKI,AzerVoice
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, ABŞ-ın tariflərinə qarşı güclü şəkildə cavab verməyə hazır olduqlarını bildirib.
AzerVoice xəbər verir ki, Von der Leyen, Strasburqda keçirilən Avropa Parlamentinin (AP) Plenar iclasında ABŞ ilə ticarət münasibətləri və yeni tariflər barədə danışıb.
Gömrük vergisi münaqişəsinin Avropa tərəfindən başlanılmadığını qeyd edən von der Leyen, tariflərin səhv olduğunu bildirib.
Von der Leyen, Aİ-nin dünyanın ən böyük tək bazarına sahib olduğunu, tariflərə qarşı müzakirələr aparacaq və buna müqavimət göstərəcək gücə sahib olduğunu vurğulayıb.
ABŞ hökumətinin indiyə qədər polad, alüminium, avtomobil və avtomobil hissələri idxalına 25 faiz gömrük vergisi tətbiq edəcəyini xatırladan von der Leyen, gömrük vergiləri ilə üzləşəcək növbəti sektorlardan yarımkeçiricilər, dərmanlar və taxta materiallarını qeyd etdi.
Von der Leyen, Aİ-nin tariflərə qarşı strategiyasının ilk elementinin müzakirə olduğunu və bu məsələləri danışmaq istədiklərini qeyd etdi.